17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız İrlandiya millisi ilə qarşılaşıb. Matç yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

Bu, millimizin qrupda keçirdiyi ikinci oyun idi. Seçmə komandamız qrupda keçirdiyi ilk matçda meydan sahibi Almaniyaya 0:5 hesabıyla uduzmuşdu. İrlandiya isə qrupdakı ilk qarşılaşmasında İslandiyaya uduzub – 1:2.

AÇ-nin elit mərhələsi
25 mart

İrlandiya – Azərbaycan 1:0
Qol: Boyle Karr, 47. 
Hakimlər: Meytar Şemeş (İsrail), May Moalem (İsrail), Anya Klimm (Almaniya), Miriam Şveynefus (Almaniya).
Qrafsvald. “Volksstadion” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp