Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 32-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Alkorkon” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ximnastik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Eddi bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.

“Alkorkon" geridə qalan turlarda 38 xal toplayıb və hazırda 22 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp