“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən 9 yaşadək futbolçular arasında Novruz turnirinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Şamaxı Olimpiya Kompleksinin meydançalarında baş tutan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparıb. İki gün davam edən turnirin qalibi adını “Qəbələ” futbolçuları qazanıb. Anar Surxayevin baş məşqçisi olduğu komanda xal hesabında bütün rəqiblərini arxada qoyub. “Sabah” 2-ci, “Vətən” 3-cü yeri tutub. Klubumuzun digər təmsilçisi “Qəbələ UGİM” yarışı 4-cü pillədə başa vurub.

Xatırladaq ki, martın 22-23-də U-12-lər arasında Novruz turnirində də “Qəbələ” qalib adına yiyələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp