Futbolinfo.az sizi "Səbail"in baş məşqçisi Samir Əliyevin müsahibəsi ilə tanış edir: 

– "Zirə" ilə yoxlama görüşündə komandanız 1:3 hesabıyla məğlub oldu. Yaranmış fasilədə hazırlıq necə keçdi?
– Çempionatda az oynayan futbolçulara şans verdik ki, özlərini göstərsinlər. Səviyyələrinə baxmaq istədik. Əsas heyətin bir neçə üzvü yox idi. Əvəzedici komandamızdan bir neçə futbolçunu heyətə cəlb etdik. Bir neçə futbolçumuz milli komandalara gedib. Məşqlərdə əziyyət çəkirdik. Onlar qayıdandan sonra tam heyətlə "Neftçi" üçün hazırlaşacağıq.

– Az şans qazanan futbolçuların oyunu sizi qane etdi?
– Sözün düzü, meydanın durumu da ideal deyildi. Bir neçə futbolçu var ki, onlarla bağlı qeydlərimizi edəcəyik.

– "Qara siyahı"nıza düşənlər var?
– Bu barədə danışmaq hələ ki, tezdir. Bizi çempionatda 8 tur gözləyir. Çox güman ki, yayda dəyişikliklər olacaq. Köklü olmasa da, müəyyən qədər baş verəcək.

– Bu həm də o deməkdir ki, Samir Əliyev növbəti mövsüm də "Səbail"in "sükanı arxasında" olacaq?
– İnşallah, görərik. Qismət olsa. Hələ 8 tur qalıb.

– 8 turda nə dəyişə bilər ki?
– Ola bilər ki, 8 turun hamısında uduzaq və rəhbərliyin fikri dəyişsin, yeni baş məşqçi gətirsin. Bəlkə çempionluq üçün oynayacaqlar. Bilmək olmaz.

– Fəhmin Muradbəylinin U-21 millisinin heyətində Kosovoya qarşı oyununu izlədiniz?
– Millinin məşqçilər korpusu bu haqda danışa. Hərəkətliyi və mübarizliyi var idi. Qiymət vermək düzgün olmazdı. Bizim klubun fərqli taktikası var. Millidə isə başqa sistemdi. (Sportal)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp