Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 31-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Volendam”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

U-21 yığmamızın düşərgəsində olan Əzizov bu görüşün iştirakçısı olmayıb.

"Den Boş" hazırda 41 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp