Ukraynanın “Aleksandriya” klubu milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi bu komanda Ukraynanın digər klubu “Zarya” ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.

Millimizin düşərgəsində olan Pavel Paşayev bu qarşılaşmanın iştirakçısı olmayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp