Futbol üzrə İspaniya yığmasının bu il Rusiyada keçiriləcək dünya çempionatının qalibi olacağı halda qazanacağı mükafatın məbləği müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda mundialda qrupdan çıxacağı halda, futbolçular 30 min avro mükafat əldə edəcəklər. Finala çıxmağın mükafatı 95 min avro təşkil edəcək.

İspaniya yığması qarşıdakı dünya çempionatının qalibi olacağı halda isə, hər bir futbolçu 125 min avro irəli düşəcək. Bu barədə ölkənin məşhur AS nəşri məlumat yayıb.

Qeyd edək ki, İspaniya yığması indiyə qədər cəmi bir dəfə dünya çempionu olub. Bu, 20-cu ildə Cənubi Afrikada təşkil olunmuş mundiala təsadüf edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp