Zədə səbəbindən uzun müddətdi yaşıl meydanlardan kənarda qalan Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu fərdi məşqlərə başlayıb.

Xatırladaq ki, Bədavi ötən ilin oktyabrında, Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə görüşdə zədə almışdı. Futbolçu həmin vaxtdan yaşıl meydanlara həsrətdi.

Müdafiəçinin nə vaxt oynamağa tam hazır olacağı bəlli deyil.  

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp