Almaniyada keçirilən 17 yaşadək qızlardan ibarət Avropa çempionatının elit-raund mərhələsində 7-ci qrupda ikinci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, millimizin İrlandiyaya 0:1 hesabıyla uduzduğu gündə meydan sahibi Almaniya da İslandiya ilə qarşılaşıb. Almanlar 3:1 hesabıyla qalib gələrək vahid liderə çevriliblər.

Martın 28-də baş tutacaq son turda Azərbaycan millisi İslandiya, Almaniya yığması isə İrlandiya ilə üz-üzə gələcək.

Almaniya – 6, İslandiya – 3, İrlandiya – 3, Azərbaycan – 0.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp