“Azərbaycanla seçmə mərhələ matçı öncəsi vacib görüş idi. Komandamın oyunundan məmnun qaldım”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının baş məşqçisi Noel Kinq deyib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək irlandlar yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Yığmamızın rəqibi İslandiya üzərində 3:1 hesablı qalibiyyət əldə edib.

Qarşılaşmadan sonra yerli mətbuata danışan Kinq komandasından ümidli olduğunu söyləyib: “Gözəl qollar vurduq və bütün dəyişiklikləri nəzərə alaraq, güclü, dərin tərkibdə komanda olduğumuzu gördük. İkinci hissədə rəqibin üzərimizə gəlməsinə imkan verdik. Ancaq ümumilikdə qələbəyə layiq olduğumuzu düşünürəm. Bu, çərşənbə axşamı Azərbaycanla keçirəcəyimiz oyun üçün əla hazırlıq idi. Azərbaycanla görüşdə 3 xal əldə etməkdən ötrü bu səviyyədə oyun göstərməliyik”.

Qeyd edək ki, İrlandiya – Azərbaycan qarşılaşması sabah Dublində keçiriləcək. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp