Məşqlərini davam etdirən “Kəpəz”in düşərgəsindən sevindirici xəbərlər var. 

Futbolinfo.az xəbər verir ki, “sarı-göylər”in uzun müddət zədəli olan futbolçuları – Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar. Zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən də tez baş verib. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.

Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidi. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp