Futbol üzrə milli komandamız Antalyada Makedoniya ilə yoldaşlıq oyunu öncəsi son məşqini keçib. 

Futbolinfo.az xəbər verir ki, “CBC Sport”a açıqlama verən yığmamızın qapıçısı Kamran Ağayev qələbə qazanmaq arzusunda olduqlarını bildirib: 

“Baxmayaraq ki, yoxlama oyunudu, qələbə qazanmaq istəyirik. İnanıram ki, nəticə yaxşı olacaq. Verilən tapşırıqları layiqincə yerinə yetirmək lazımdı ki, nəticə də uğurlu olsun. Əlbəttə, səviyyə baxımından Makedoniya Belarusdan daha üstündü. Bilirik ki, buna görə, fərq olacaq. Amma qələbə üçün meydana çıxanda, əzmkar oyun nümayiş etdirəndə çətin olmur”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp