Futbol üzrə milli komandamız Antalyada Makedoniya ilə yoldaşlıq oyunu öncəsi son məşqini keçib. 

Futbolinfo.az xəbər verir ki, “CBC Sport”a açıqlama verən yığmamızın müdafiəçisi Maksim Medvediv adaptasiya baxımından bəzi problemlərin olduğunu bildirib: 

“Belarusla oyunu analiz edib baxdıq ki, çatışmayan cəhətlərimiz nə idi. Makedoniya ilə matçda çalışacağıq, həmin səhvləri təkrarlamayaq. İndiki rəqib Belarusdan güclüdü. Daha sürətli futbol nümayiş etdirirlər. Onlara qarşı daha diqqətli olmalıyıq. Belarusa uduzmağımıza baxmayaraq, komandada əhval-ruhiyyə pis deyil. Nəzərə almaq lazımdı ki, yoldaşlıq oyunlarıdı və heyətdə tez-tez dəyişikliklər olur. Ona görə adaptasiyada bir az problem var. Amma yavaş-yavaş bir-birimizə öyrəşirik. Gələcəkdə belə davam etsək, daha yaxşı nəticələr əldə edə bilərik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp