Milli komandamız sabah Antalyada Makedoniya yığması ilə qarşılaşacaq. 

Futbolinfo.az xəbər verir ki, Türkiyəyə ezam olunan “CBC Sport”un əməkdaşları Makedoniya milli komandasının baş məşqçisi İqor Angelovskidən açıqlama alıblar.

O, yoldaşlıq oyunu olmasına baxmayaraq, yığmamızla oyuna ciddi hazırlaşdıqlarını deyib: “Bir neçə gün əvvəl Finlandiya komandası ilə üz-üzə gəldik. Yaxşı hal oldu ki, uduzmadıq, çatışmayan isə qol vura bilməməyimiz oldu. Əsas istəyimiz yaxşı oyun göstərmək və qələbə qazanmaqdır. Azərbaycan millisinə gəlincə, təbii ki, onlar da meydana qələbə üçün çıxacaqlar. Ancaq çalışacağıq ki, yekun nəticə bizim xeyrimizə olsun”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp