Bu gün dünyanın müxtəlif ölkələrində milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, millimizin Millətlər Liqasının qrup mərhələsindəki rəqiblərindən Malta yığması Finlandiya ilə üz-üzə gəlib. Maltalılar bu görüşdə 5 cavabsız qola üzülüblər.

Günün ən çox maraq doğuran oyunlarından biri Portuqaliya və Hollandiya milliləri arasında baş tutub. Hollandlar rəqibi 3 cavabsız qolla məğlub ediblər.

Yoldaşlıq oyunları
26 mart

Çin – Çexiya 1:4

Uels – Uruqvay 0:1

Bolqarıstan – Qazaxıstan 2:1

Finlandiya – Malta 5:0

Albaniya – Norveç 0:1

Portuqaliya – Hollandiya 0:3

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp