Dörd ölkə 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya rəsmi müraciət ünvanlayıb.

Futbolinfo.az xəbər verir ki, bunlar ABŞ, Kanada, Meksika və Mərakeşdi. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

ABŞ, Kanada və Meksika sözügedən mundialı birgə təşkil etmək istəyir. Mərakeş isə DÇ-2026-ya təkbaşına ev sahibliyi etməyə hazırdı.

FİFA prezidenti Canni İnfantino bildirib ki, DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin adına bu ilin iyun ayında Moskvada keçiriləcək konqressdə açıq səsvermə rejimində aydınlıq gətiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp