İtaliya A Seriyasında 2017-ci ilin ən yaxşı məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ötən il üçün İtaliya çempionatının ən yaxşısı məşqçisi elan olunub. 

Xatırladaq ki, Turin təmsilçisi Alleqrinin rəhbərliyi altında ötən il ardıcıl altıncı çempionluğunu qazanıb. Bundan başqa, “Yuventus” ardıcıl üçüncü dəfə İtaliya Kubokuna sahib çıxıb, UEFA Çempionlar Liqasında isə finala yüksəlib.

Alleqri ən yaxşı məşqçi adı uğrunda “Atalanta”dan olan həmkarı Can Pyero Qasperini və “Napoli”dən Mauritsio Sarrini qabaqlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp