Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada Makedoniya ilə qarşılaşıb.

Xatırladaq ki, yığmamız bu rəqiblə indiyə qədər 6 dəfə qarşılaşmışdı. Bu oyunlarda qələbəyə həsrət qalan komandamız 5 məğlubiyyətə üzülmüşdüsə, cəmi 1 dəfə heç-heçə ilə təsəlli tapmışdı. Bu oyunda isə futbolçularımız ilk dəfə makedonlara qalib gəlməyə çalışacaqdılar.

Hesabı məhz millimiz açıb. Lakin makedoniyalılar da komandamız kimi penaltidən fərqlənməklə hesabı bərabərləşdiriblər. Qalan dəqiqələrdə qapılara başqa qol vurulmadığından, oyun heç-heçə yekunlaşıb.

Bu görüş millimiz üçün daha bir tarixi hadisə ilə əlamətdar olub. Belə ki, “Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimizin tarixində ilk idi.

Yoldaşlıq oyunu
27 mart

Azərbaycan – Makedoniya 1:1
Qol: R.Almeyda, 6-pen. – A.Traykovski, 22-pen.
Sarı vərəqə: Q.Qarayev, 55. R.Məmmədov, 85 – M.Radeski, 41. K.Ristevski, 44. S.Spirovski, 90+2.
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (hamısı Türkiyə).
Antalya. “Mardan” stadionu.

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev (8. Emin Mahmudov, 90), 9. Namiq Ələsgərov (17. Rəhman Hacıyev, 69), 13. Dmitri Nazarov (25. Cavid İmamverdiyev, 59), 15. Ruslan Abışov, 19. Amil Yunanov (10. Ruslan Qurbanov, 59), 20. Riçard Almeyda (16. Rəşad Eyyubov, 78), 21. Tural Axundov (6. Rahil Məmmədov, 75), 24. Ürfan Abbasov. 
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 23. Səlahət Ağayev, 18. Coşqun Diniyev, 22. Şəhriyar Rəhimov, 28. Asif Məmmədov. 
Baş məşqçi: Qurban Qurbanov.
Makedoniya: 1. Stole Dimitrievski, 13. Stefan Ristovski, 4. Kire Ristevski, 6. Visar Muslui, 14. Darko Velkovski (3. Qoko Zaykov, 80), 16. Boban Nikov (5. Ariyan Ademi, 69), 11. Enis Bardhi (8. Ezgyan Alioski, 59), 19. Maryan Radeski, 7. İvan Triçkovski (23. İliya Nestorovski, 59), 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k) (20. Stefan Spirovski, 46).
Ehtiyat oyunçular: 12. Deyan İliyev, 2. Kristian Toşevski. 
Baş məşqçi: İqor Angelovski.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp