Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Almaniyanın “Ayntraxt” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu hazırda qardaşı Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”sunun düşərgəsindədi. O, formasını itirməmək üçün Almaniyada Regional Liqanın Şimal-Şərq zonasında mübarizə aparan paytaxt təmsilçisinin məşqlərinə qatılır.

Komanda yoldaşını döydüyü üçün klubdan qovulan millimizin üzvünə artıq özünə yeni klub axtarmağa icazə verilib. “Ayntraxt”ın idman direktoru Fredi Bobiç onunla görüşərək bu barədə Renata bildirib. Frankfurt təmsilçisinin Dadaşovla yolları ayırmaq istəməsi ilə bağlı qərarını böyük ehtimalla dəyişməyəcəyi vurğulanıb.

Qeyd edək ki, “Ayntarxt”ın yetirməsi olan Renat U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp