2018/19 mövsümünə transfer hazırlıqlarına başlayan “Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu Haiti millisinin üzvü Soni Mustivar ilə müqavilə bağlayıb. Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya” və "Orlean” klublarında çıxış edib. Rumıniyanın "Petrolul” və ABŞ-ın "Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış 28 yaşlı yarımmüdafiəçi Haiti milli komandasının şərəfini qoruyur. O, "Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.

Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirib.

IMG 6DAE8C 6E2661 31228F BB38F3 C54DB1 92E2BE - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp