Türkiyənin “Samsunspor” klubunun və milli komandamızın futbolçusu Ufuk Budak zədəsini sağaldıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Almaniyadakı müalicəsini başa vurub Türkiyəyə qayıdan futbolçunun tam sağaldığı və bu gün komandası ilə məşqə çıxdığı qeyd edilib.

Xatırladaq ki, 27 yaşlı futbolçu bu ayın 11-də, 1-ci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi. Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən öz xahişi ilə heyətdən çıxarılmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp