“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan millisində ilk qolunu vurub.

Futbolinfo.az xəbər verir ki, milliləşdirilən braziliyalı yarımmüdafiəçi hazırda Makedoniya ilə keçirilən yoldaşlıq oyununda fərqlənib.

Antalyadakı “Mardan” stadionunda keçirilən matçın 6-cı dəqiqəsində rəqib qapısına tol tapan Almeyda penaltidən hesabı açıb.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən 29 yaşlı futbolçu ötən il millimizə cəlb olunub. O, komandamızın heyətində keçirdiyi 8-ci oyununda ilk qol sevinci yaşayıb.

Almeyda yığmamızın tarixində qol vuran 57-ci oyunçudu. Bu görüşə qədər 56 futbolçumuz rəqib qapısına yol tapıb. Daha 4 dəfə rəqib oyunçular avtoqol müəllifi olublar.

Azərbaycan – Makedoniya matçında ilk hissədən sonra hesab bərabərdi – 1:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp