Futbol üzrə Azərbaycan yığmasının Makedoniya ilə yoxlama oyununda ilk qeydə alınıb. 

Futbolinfo.az xəbər verir ki, Antalyadakı “Mardan” stadionunda keçirilən görüşdə millimizin tarixikdə ilk dəfə videotəkrardan – VAR sistemindən istifadə edilib.

Matçın 20-ci dəqiqəsində millimizin müdafiəçisi Ruslan Abışov rəqib komandanın hücumçusu Qoran Pandevə qarşı cərimə meydançası daxilində kobud oynayıb. Makedoniya millisinin kapitanı cərimə meydançasından kənarda yerə yıxıldığı üçün qarşılaşmanın türkiyəli baş hakimi Halis Özkahya penalti nöqtəsini göstərməyib. Amma makedoniyalı oyunçuların tələbi ilə videotəkrara müraciət olunub. FİFA referisi Cüneyt Çakırın rəhbərlik etdiyi video hakimlər epizodun penalti olduğunu bildiriblər. Yalnız bundan sonra baş hakim Halis Özkahya qərarını dəyişib və millimizin qapısına penalti təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Aleksandr Traykovski hesabı bərabərləşdirib – 1:1. İlk hissə məhz bu hesabla yekunlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp