Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Ürfan Abbasov Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

“Rəqibi yaxşı analiz etmişdik. Güclü futbolçulara malik olduqlarını bilirdik. Baş məşqçimiz Qurban Qurbanovun verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Bu oyun bizim üçün yaxşı alındı. Bir neçə qol epizodu yaratsaq da, təəssüf ki, istifadə edə bilmədik. Reallaşdırsaydıq, nəticə fərqli olacaqdı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp