Bu gün dünyanın müxtəlif ölkələrində milli komandalar arasında yoldaşlıq oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, millimizin Millətlər Liqasındakı rəqiblərindən Kosovo yığması Burkina-Faso seçməsi ilə qarşılaşıb. Millimizin rəqibi bu oyunda inamlı qələbəyə sevinib.

Günün ən maraq doğuran qarşılaşmalarından biri son mundialın qalibi Almaniya və 5 qat dünya çempionu Braziliya yığmaları arasında keçirilib. Cənubi Amerika təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Bundan başqa, İspaniya – Argentina matçı da günün maraq doğuran oyunlarından idi. Yeddi qolun qeydə alındığı bu görüşdə avropalılar rəqibi biabırçı hesabla məğlub ediblər.

İtaliya və İngiltərə yığmaları arasındakı qarşılaşmada isə qalib müəyyənləşməyib.

Yoldaşlıq oyunları
27 mart

Laos – Banqladeş 2:2

Monqolustan – Mavriki 0:2

Yaponiya – Ukrayna 1:2

Uqanda – Malavi 0:0

Ermənistan – Litva 0:1

Gürcüstan – Estoniya 2:0

Keniya – MAR 2:3

Rusiya – Fransa 1:3

İraq – Suriya 1:1

Azərbaycan – Makedoniya 1:1

Kosovo – Burkina-Faso 2:0

İran – Əlcəzair 2:1

İsveçrə – Panama 6:0

Monteneqro – Türkiyə 2:2

Danimarka – Çili 0:0

Bosniya və Herseqovina – Seneqal 0:0

Macarıstan – Şotlandiya 0:1

Fil Dişi Sahili – Moldova 2:1

Nigeriya – Serbiya 0:2

Misir – Yunanıstan 0:1

Sloveniya – Belarus 0:2

Lüksemburq – Avstriya 0:4

Rumıniya – İsveç 1:0

Belçika – Səudiyyə Ərəbistanı 4:0

Almaniya – Braziliya 0:1

Avstraliya – Kolumbiya 0:0

Polşa – Cənubi Koreya 3:2

İngiltərə – İtaliya 1:1

Tunis – Kosta-Rika 1:0

İspaniya – Argentina 6:1

Mərakeş – Özbəkistan 2:0

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp