“Maraqlı oyun oldu. Nəticədən razı qalmadım, amma oyun haqqında yaxşı deyə bilərəm”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri Makedoniya millisinin baş məşqçisi İqor Angelovski deyib.

Milli komandamızla yoldaşlıq oyununda üz-üzə gələn və 1:1 hesablı bərabərliyə razılaşan balkanlıların çalışdırıcısı matçdan sonra yerli mətbuata açıqlama verib.

O, qarşılaşma ilə bağlı bunları deyib: “Millətlər Liqasında öncə qarşımızda aydın foto var və nə edəcəyimizi bilirik. Şansalar yaratdıq, bəzi məqamlarda son ötürmələrdə dəqiqlik çatmadı, amma nəzərə alaq ki, bu, sadəcə yoxlama oyunudu. Hər kəs öz forması uğrunda mübarizə aparacaq”.

Angelovski Qoran Pandevi əzəv etməsinin səbəbini də izah edib: “Pandev zədələndiyi üçün oyunu davam etdirə bilmədi. Ümid edirəm ki, ciddi xəsarət almayıb və klubunda çıxışını dayandırmayacaq”.

Makedoniyalı mütəxəssis hakimin qərarından narazılığını da ifadə edib: “VAR yeni sistemdi. Oyun davam edərkən skamyadan hər şeyi görə bilmirik. Amma düşünürəm ki, Nikolovun üzünə dirsəklə vuran azərbaycanlı oyunçu qırmızı vərəqə almalı idi. Nəticədə hakim elə qərar verdi və biz də ona razı olmalıyıq. Mən adətən hakimlərin qərarlarını müzakirə etmirəm”. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp