Azərbaycan millisinin heyətində daha bir futbolçu debüt edib.

Futbolinfo.az xəbər verir ki, Makedoniya ilə Antalyada keçirilən yoxlama oyununun gedişində meydana daxil olan Rahil Məmmədov karyerasında ilk dəfə yığmanın formasını geyinib.

O, əsas millinin tarixinə 278-ci futbolçu kimi düşüb. Belə ki, bunadək keçirilən 236 oyunda 277 futbolçu meydana çıxmışdı. Onlardan üçü – Şəhriyar Rəhimov, Tural Axundov və Asif Məmmədov 4 gün öncə Bakıda baş tutan Belarusla görüşdə (0:1) debüt şansı qazanmışdı.

Bununla da iki oyun üçün açıqlanan heyətdə olan 5 yeni oyunçudan yalnız biri – Rəşad Əzizli debüt etməmiş qaldı.

Rahil həm də şərəfini qoruduğu “Səbail”in tarixində düşüb. Müdafiəçi Bakı klubunu Azərbaycan millisində təmsil edən ilk futbolçu olub. Onadək Emil Balayev əvvəlki qarşılaşmalara dəvət alsa da, komandasını yığmanın matçında təmsil etmək imkanı qazanmayıb. (Apasport)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp