Futbol üzrə Azərbaycan milli komandası qol həsrətinə son qoyub.
Futbolinfo.az xəbər verir ki, komandamız həm 2018-ci ildə, həm də Qurban Qurbanovun rəhbərliyi altında qol hesabını Makedoniya ilə yoxlama matçında açıb.
Bu il Moldova (0:0) və Belarusla (0:1) yoxlama oyunlarında rəqib qapısına yol tapa bilməyən və Qurbanova qol bəxş etməyən komandamız qarşılaşmanın 6-cı dəqiqəsində fərqlənib.
Penalti zərbəsini dəqiq yerinə yetirən Riçard Almeyda qol həsrətinə son qoyub.
Millimiz son qolunu 2017-ci ildə vurub. Oktyabrın 8-də Almaniya ilə görüşün (1:5) 34-cü dəqiqəsində qol sevinci yaşayan Ramil Şeydayevin uğurundan sonra millimiz 242 dəqiqə növbəti uğuru gözləyib.
Bu, 2 matçlıq susqunluqdan, yəni 170 gündən sonra gerçəkləşib. (Apasport)