Antalyada keçirilən yoldaşlıq oyununda millimizlə heç-heçə edən (1:1) Makedoniya millisinin qapıçısı Stole Dimitrevski matçla bağlı fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, 24 yaşlı qolkiper ölkəsinin mətbuatına açıqlamasında oyun zamanı Azərbaycan millisinin daha çox hücum etdiyini deyib:

“Finlandiya ilə ilk oyunda həm biz, həm də rəqib çox güclü təsir bağışlamışdı. Azərbaycanla ikinci oyunda isə rəqib daha çox hücum edirdi. Şəxsən mən hər iki oyundan razı qaldım. Ümid edirəm, Millətlər Liqasının oyunlarına kimi daha iki yoldaşlıq oyunu keçirərik.

Millətlər Liqasında qrupumuzda biz və Ermənistan millisi əsas favoritlərik. Hər şeyin onlarla baş tutacaq iki qarşılaşmada həll olunacağını düşünürəm. Bizim daha yaxşı nəticə qazanacağımıza inanıram”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp