Futbol üzrə Moldova yığması Fil Dişi Sahili komandası ilə yoxlama oyunu keçirib.

Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən moldovalı futbolçular Aleksandr Dedovla (“Zirə”) Yevgeni Koçuk (“Səbail”) da bu görüşün iştirakçısı olublar. Hər iki yarımmüdafiəçi Moldova yığmasının start heyətində meydana çıxıb. Dedov 58-ci, Koçuk 80-ci dəqiqədə əvəzlənib. 

Oyuna gəlincə, moldovalılar fasiləyə hesabda 0:2 geridə yollanıblar və Aleksandr əvəzlənəndən 1 dəqiqə sonra fərqi azalda biliblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp