Məşhur italyan mütəxəssis Fabio Kapello Çinin “Jianqsu Sanninq” klubundan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Çin təmsilçisinin mətbuat xidməti yayıb. Məlumatda 71 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma ilə yolların ayrıldığı qeyd edilib.

Xatırladaq ki, Kapello “Jianqsu Sanninq”lə ötən ilin yayında 18 aylıq müqavilə bağlamışdı. Məşqçi karyerası ərzində “Milan”, “Yuventus”, “Real”, “Roma”, kimi klublarla yanaşı, İngiltərə və Rusiya millilərini də çalışdırmış italyan mütəxəssis cari mövsümdə Çin təmsilçisinin “sükanı arxasında” keçirdiyi 3 oyunda 2 məğlubiyyət alıb.

“Jianqsu Sanninq” Kapellonu rumıniyalı mütəxəssis Kosmin Olaroui ilə əvəzləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp