Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Xəzər” – “Turan” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Zaqatala” – MOİK matçının 82-ci dəqiqəsində MOİK-in futbolçusu Yunis Muxtarlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp