Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasının “Gənclik” – “Kürdəmir” matçında “Gənclik”in futbolçusu Emin Qasımov cəzalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Tufan” – “Şağan” matçında “Tufan”ın baş məşqçisi Natiq Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasının “Zirə” – “Neftçi” matçının 43-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Məhərrəm Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasının “Qarabağ” – “Neftçi” matçının 35-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Mehdi Əliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasının “Viləş” – “Zirə” matçının 62-ci dəqiqəsində “Zirə”nin futbolçusu Mirzəbəy Şaxbazov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-14 Liqasının “Keşlə” – “Qəbələ” matçının 56-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Kamil Nəzərli sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Hövsan” – “Ulduz” matçının 33-cü dəqiqəsində “Hövsan”ın futbolçusu Ruslan Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp