Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, millimiz həlledici turda İslandiya ilə üz-üzə gəlib. Matç komandamızın 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
Xatırladaq ki, millimiz daha öncə keçirdiyi oyunlarda Almaniyaya 0:5, İrlandiyaya isə 0:1 hesabıyla məğlub olmuşdu.
AÇ-nin elit mərhələsi
28 mart
Azərbaycan – İslandiya 1:3
Qol: Dilara Soley Deli, 60 – Arna Eiriksdottir, 8; 36. Karolina Cek, 47.
Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)
Baş hakimin köməkçiləri: Oleksandra Vdovina (Ukrayna), Anja Klimm (Almaniya)
Dördüncü hakim: Miriam Şveynefuv (Almaniya)