Bu gün futzal üzrə Yüksək Liqada 22-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə Bakı İdman Sarayında bir oyun keçirilib. Lider “Araz” cari mövsümün birinci və ikinci dövrəsində 2:1, üçüncü dövrədəki matçda isə 3:0 hesabı ilə qalib gəldiyi EKOL-la qarşılaşıb.

Bu oyun “Araz” üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Alesionun yetirmələri qələbə qazanacağı təqdirdə ən yaxın izləyicisi ilə xal fərqini 18-ə çatdıracaqdı ki, bu da “Araz”a çempionluğunu erkən rəsmiləşdirməsi üçün yetəcəkdi. Çünki “Marafon Futsal”la arxada qalan hər 3 oyunda qələbə qazandığına görə, mümkün xal bərabərliyində üstünlük “Araz”ın tərəfində olacaq.

Belə də olub. Yeddi qolun qeydə alındığı qarşılaşma liderin inamlı qələbəsi ilə başa çatıb.

Yüksək Liqa
22-ci tur

28 mart

“Araz” – EKOL 5:2
Qollar: Qalo, 2:49. Bolinya, 13:38, 22:29, 35:59. O.Rüstəmli, 24:24 – F.Atakişiyev, 3:36, 14:24.
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Anar Fərəcov
Bakı İdman Sarayı. Saat 14:30

“Araz”: 1. Rövşən Hüseynli (q), 3. Teles Thaqo Bolinya, 6. Eduardo Borges, 13. Kardosa Everton Qalo, 17. İsa Atayev, 19. Anar Məmmədov (q), 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Reza Tolouei, 18. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
EKOL: 99. Emin Kürdov (q), 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q, k), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.

Turnir cədvəli: Araz – 55, Marafon Futsal – 37, EKOL – 32, FK.İD.Futsal – 22, Neftçi İK – 19, Yasamal – 12, Xəmsə – 2.

Bombardir: Bolinya (“Araz”) – 30 qol.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp