“Neftçi” Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Səbail” klubu ilə oyunun hazırlığını davam etdirir. 

Futbolinfo.az xəbər verir ki, paytaxt klubu bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Məşqdən əvvəl komanda üzvləri bu gün 21 yaşı tamam olan futbolçu Elnur Cəfərovu təbrik ediblər. Milli komandaların düşərgəsində olan futbolçular hələlik "Neftçi”yə qoşulmayıblar.

Qeyd edək ki, "Neftçi” – "Səbail” matçı aprelin 2-də 8-ci km stadionunda baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp