“Qəbələ”nin sabiq futbolçusu Daniel Subotiç özünə yeni klub tapıb.

Futbolinfo.az xəbər verir ki, isveçrəli hücumçu Qazaxıstan “Şaxtyor”u ilə müqavilə bağlayıb.

Bu barədə Karaqanda təmsilçisinin rəsmi saytı xəbər yayıb. 29 yaşlı forvardın müqaviləsinin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Daniel Subotiç “Qəbələ”də 2013/14 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da "qırmızı-qaralar"ın heyətində keçirib və 11 matçda 3 dəfə fərqlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp