Futzal üzrə Azərbaycan çempionatının oyunlarının məkanı dəyişdirilib.
Futbolinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Yüksək Liqada martın 30-da keçiriləcək “Neftçi” İK – “Yasamal” FK, eləcə də martın 29-da və 30-da Birinci Liqada baş tutacaq 20-ci turun oyunları Bakı İdman Sarayında baş tutacaq.
Xatırladaq ki, oyunların əvvəlcədən "Olimpik Star"da keçiriləcəyi elan olunmuşdu.