MOİK Peşəkar Futbol Klubunun baş məşqçisi Ramil Əliyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Ordu İdman Klubundan məlumat verilib. Məlumata görə, MOİK-in yeni baş məşqçisi təcrübəli məşqçi Azər Bağırov olacaq.

Eyni zamanda MOİK-in rəhbərliyi və kollektivi Ramin Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edib, tezliklə şəfa taparaq sağlamlığına qovuşmasını arzulayıb.

Shares: