“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin Futbolinfo.az saytına müsahibəsi:
– Hazırlıqlar necə gedir?
– Hər şey qaydasındadı. Hər matça hazırlaşdığımız kimi, ciddi şəkildə hazırlaşırıq. Yaranan fasilədən də istifadə edib çatışmazlıqlar üzərində işləmişik.
– "Qarabağ"la oyun üçün fikirləriniz necədi?
– Meydana qələbə əzmi ilə çıxıb bütün gücümüzü ortaya qoyacağıq. Bütün oyunlar kimi, bu matça da qəti fikrimi yönəltmişəm. Fikirləşirəm ki, biz qalib gəlməyə hazır olmalıyıq.
– "Qəbələ" ilə heç-heçə komandada özünəinamı artırıb?
– Əlbəttə. Bütün komanda özünə inanır və bu matça köklənmişik.
– Səncə, "Keşlə"nin "Qarabağ"ı məğlub etmək üçün gücü yetərlidi?
– Razıyam ki, çox çətin matçdı. Lakin komanda son oyunlardakı kimi çıxış etməlidi. Xüsusən "Qəbələ" ilə qarşılaşmada oynadığımız kimi çıxış etsək, "Qarabağ"a qalib gələ bilərik.
– Amma komandada daxili ab-havanın yaxşı olmadığı barədə xəbərlər səngimir. Xüsusən yeni transferlərin yaxşı alınmaması bunun səbəbidi…
– Elə deyil. Bu xəbərlər yalandı.
– Özünü "Keşlə"də yaxşı hiss edirsən?
– Mənim üçün hər şey qaydasındadı.
AĞA