İtaliyanın “Latsio” klubu fırıldaqçıların qurbanına çevrilib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 2014-cü ildə “Feyenoord”dan heyətinə cəlb etdiyi Stefan De Vreyin transfer haqqını Hollandiya klubuna hissə-hissə ödəyirdi. Bir müddət öncə “Latsio” rəsmiləri “Feyenoord” klubundan yerdə qalan 2 milyon avronun ödənilməsi ilə bağlı elektron məktub alıb. Məktubda bank hesabı da göstərildiyindən, italyanlar həmin məbləği məhz göstərilən hesaba köçürüblər. 

Lakin qısa müddət sonra məlum olub ki, əslində həmin məktubu “Feyenoord” klubu yox, hansısa fırıldaqçılar göndəriblər. Təbii ki, həmin hesaba göndərilən pullar artıq aradan çıxarılıb. Hollandiya klubundan verilən açıqlamaya görə, onlar “Latsio”ya belə bir məktub göndərməyiblər.

Hazırda saxta mesaj göndərən və 2 milyon avronu oğurlayan həmin fırıldaqçılar axtarılır.

Shares: