21 yaşlı futbolçulardan ibarət yığmamızın baş məşqçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yenidən milli komandaya qayıda bilər. Bu barədə əsas komandanın baş məşqçisi Qurban Qurbanov son mətbuat konfranslarından birində açıqlama vermişdi. O, Rəşad Sadıqovu yenidən millidə görmək istədiklərini bildirmişdi.
Futbolinfo.az xəbər verir ki, məsələyə Sadıqov özü indiyə qədər heç bir aydınlıq gətirməyib. O, jurnalistlərin çoxsaylı müraciətlərinə baxmayaraq, mövzu ilə bağlı danışmaq istəməyib.
Artıq İrlandiyadan vətənə dönən Sadıqov dəqiq qərarını bu gün açıqlayacaq.