Türkiyənin “Trabzonspor” klubunun sabiq prezidenti Sadri Şener bu komandanın sabiq baş məşqçisi Şenol Günəş, eləcə də futbolçular Burak Yılmaz və Səlçuk İnan haqqında maraqlı açıqlamalar verib.

Futbolinfo.az xəbər verir ki, o, “TRT Spor”a açıqlamasında 2011-ci ildə “Qalatasaray”a transfer olan Səlçuk İnan və 2012-ci ildə “sarı-qırmızılılar”la müqavilə bağlayan Burak Yılmazdan incik olduğunu bəyan edib:

“Səlçukla Burakın komandadan getməsinə çox üzüldüm. Menecerləri məni aldatdı. “Rusiyadan istəyən komandalar var” dedilər. Halbuki, o komanda “Qalatasaray” imiş. Mən klub prezidenti olsaydım, Burakı yenidən “Trabzonspor”a transfer etməzdim”.

Hazırda “Beşiktaş”ın baş məşqçisi postunada çalışan Şenol Günəşin adının “Trabzonspor”un yeni stadionunda verilməsini anlaya bilmədiyini ifadə edən Şener bu məsələ ilə bağlı bunları söyləyib: “Məşqçilər və futbolçuları göstərdikləri xidmət qarşılığında pul alırlar. Həm pulunu verib, həm muzeyini yaradıb, həm də adını stadiona vermək mənə qəribə gəlir. Şenol Günəş gedərkən xoşagəlməz sözlər söyləmişdi. “Trabzonspor”dakı qapıçılığı unudulmaz, amma istefa edən birinə mən “Qal” deyə bilməzdim. Mənim əleyhimə söylədiklərindən sonra onunla heç vaxt görüşmədim. “Trabzonspor”un yeni stadionuna Şenol Günəşin adı verildiyi üçün oraya heç vaxt getmədim”.

Shares: