Futbol üzrə Azərbaycan millisinin və Türkiyə 1-ci liqa təmsilçisi “Samsunspor”un müdafiəçisi Ufuk Budakın zədəsi tam sağalmayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bir müddət öncə Budakın zədəsini sağaltdığı və məşqlərə başladığı barədə xəbər yayılmışdı. Lakin son məlumata görə, Almaniyada müalicə aldıqdan sonra Samsuna dönən müdafiəçinin zədə problemi tam aradan qalxmayıb. 27 yaşlı futbolçu bu üzdən aprelin 2-də “Adanaspor”la keçiriləcək çempionat matçını buraxmalı olacaq.
Xatırladaq ki, millimizin üzvü bu ayın 11-də, birinci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi. Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən öz xahişi ilə heyətdən çıxarılmışdı.