Futbol üzrə Braziliya yığmasının və İtaliyanın “İnter” klubunun sabiq hücumçusu Adriano xəstəxanaya yerləşdirilib.

Futbolinfo.az xəbər verir ki, Adriano əlində olan dərin kəsiklə bağlı vətənindəki xəstəxanalardan birinə çatdırılıb. 36 yaşlı futbolçunun əlini harda yaraladığı barədə dəqiq məlumat verilmir.

İlkin versiyaya görə, o, əlini öz evində kəsib.

Adrianonun xəstəxananı nə vaxt tərk edəcəyi barədə də məlumat verilməyib.

Shares: