Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında bu gün 22-ci turun daha bir oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, Bakı İdman Sarayında “Yasamal”la “Neftçi” üz-üzə gəlib.
Arxada qalan hər iki oyunda qalib gələn “Neftçi” üstünlüyünü davam etdirmək, “Yasamal” isə uğursuz seriyanı dayandırmaq istəyirdi. Ancaq hər iki komanda meydana itkilərlə çıxmışdı. “Yasamal”dan Məhəmməd Şahsavari, Rəsul Akbari və Mohsan Binari viza işləri ilə əlaqədar İranda olduqlarından komanda 7 futzalçının ümidinə qalmışdı. “Neftçi”də isə Mehram Eybeli zədəli olduğuna görə, meydana çıxa bilmirdisə. Mehran Əxbəri, Məhəmməd Beyralı və Məhəmməd Ruhi isə komandaya lazım olmadıqlarına görə, vətənlərinə yola salınmışdılar.
Oyuna gəlincə, 8 qolluq qarşılaşma “Neftçi”nin qələbəsi ilə başa çatıb. Görşün sonuna yaxın əsəblər tarıma çəkilib ki, nəticədə Cahandost ikinci sarı-qırmızı, Mehtiyev isə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli olub.
Yüksək Liqa
22-ci tur
30 mart
“Yasamal” FK – “Neftçi” İK 2:6
Qol: V.Vorobyov, 1:32, M.Cahandost, 17:54-pen. – R.Balakişiyev, 2:26, 28:43, V.İsayev, 5:43. V.Xocayev, 7:25. O.Baxşılı, 19:58. T.Qurbanov, 27:26.
Qırmızı vərəqə: M.Cahandost, 37:27 (ikinci sarı) – S.Mehtiyev, 37:27.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev.
Bakı İdman Sarayı. Saat 16:00.
“Yasamal” FK: 1. Mohammed Roştani (q), 80. Omid Oraz, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 6. Xəyal Quliyev, 14. Cavid Taleb.
Rəhbər: Orxan Allahverdiyev.
“Neftçi” İK: 23. Elnur Zamanov (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 6. Məhəmməd Katebi, 1. Samir Mehtiyev (q), 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov, 8. Vahib Xocayev.
Baş məşqçi: İlqar Aslanov.
Turnir cədvəli: Araz – 55, Marafon Futsal – 37, EKOL – 32, FK.İD.Futsal – 22, Neftçi İK – 22, Yasamal – 12, Xəmsə – 2.
Bombardir: Bolinya (“Araz”) – 30 qol.