“Neftçi” yeni transferini sifariş etməyib. PFL və klub rəsmilərinə inansaq, qarşıdakı günlərdə də yenilik olmayacaq və Soni Mustivar növbəti turda “Səbail”ə qarşı oynamayacaq.
 
Futbolinfo.az xəbər verir ki, Haiti millisinin üzvünün kənarda qalmasının səbəbi var. O, hələ optimal formada deyil və bu səbəbdən məşqçilər heyəti yarımmüdafiəçinin xidmətinə ehtiyac duymur. Lakin qarşıdakı matçlarda Soninin sifariş edilərək oyunlara çıxması mümkündü.
 
2017-nin avqustundan bəri meydana çıxmayan, zədəsini sağaltmaqla məşğul olan Soninin durumu başadüşüləndi. Başa düşülməyən bu futbolçunu indi, mövsümün son dövrəsi üçün heyətə qatmaqdı. İnanmaq istərdik ki, Mustivar ümidi doğruldacaq və 2 aylıq müqaviləsi uzadılacaq. Lakin o da dəqiqdi ki, “Neftçi” belə oyunçuları qısamüddətli müqavilə bağlayaraq sınamaq üçün poliqon olmamalıdı…
Shares: