Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 32-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “De Qraafşap”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Kökçü bu görüşün iştirakçısı olmayıb. O, oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.

Shares: