“Simurq”un sabiq futbolçusu Marçin Burhardt Polşa mətbuatına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Azərbaycanı oynadığı ən ekzotik ölkələrdən biri kimi xarakterizə edib:
“Legioner həyatı yaşadığım ölkələrdən maliyyə baxımından ən sərfəlisi Ukrayna idi. Azərbaycanda isə Polşadakı qədər qazanırdım. İsveç və Norveçdə əmək haqqım kosmik səviyyədə olmadı. Ancaq orada yaşayış çox baha idi. Qafqaz dağlarının ətəyində yerləşən bir kənddə yaşayırdım. İnsanlar küçədə uzunqulağa minirdilər. Bakıya gedəndə isə sanki başqa dünyaya düşürdük. Azərbaycan paytaxtı çox qlamur və dəbdəbəli yerdi. Hər matçdan sonra məşqçimiz 2 günlük Bakıya getməyimizə icazə verirdi”.