UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları üçün hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Liverpul” klubu ilə İtaliya təmsilçisi “Roma” arasında oynanılacaq ilk qarşılaşma almaniyalı hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Feliks Brix olacaq.
“Liverpul” – “Roma” matçı aprelin 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Almaniya çempionu “Bavariya” ilə İspaniya nəhəngi “Real” arasında baş tutacaq ilk oyun isə hollandiyalı hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi Byörn Kuypers olacaq.
“Bavariya” – “Real” matçı aprelin 25-də Münhendə keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.